YƏHYAYA NAZİL OLAN 
VƏHY 
GİRİŞ 
«Vəhy Kitabı» məsihçilərin İsa Məsihə Rəbb kimi iman etdiklərinə görə təqib olunduqları dövrdə yazılıb. Ehtimal olunur ki, kitab ya imperator Neronun hakimiyyətinin (miladdan sonra 54-68) son illərində ya da imperator Domisianın hakimiyyəti (miladdan sonra 81-96) dövründə yazılıb. Müəllifin əsas qayğısı imanlılara bu təqiblərdə və iztirablar zamanı təsəlli verməkdir. Kitabın böyük bir hissəsi rəmzi dillə təsvir olunmuş vəhy və görüntülərdən ibarətdir. 
Bu kitabın izahına aid müxtəlif rəylər mövcud olsa da, əsas mövzu aydındır: İsa Məsih vasitəsilə Allah, nəhayət, Şeytan da daxil olmaqla düşmənlərini tamamilə məğlub edəcək. Allah tam qalib gələndə Öz sadiq övladlarını yeni göy və yeni yer xeyir-duaları ilə mükafatlandıracaq. 
Kitabın məzmunu: 
1:1-3 Giriş 
1:4–3:22 Açıq görüntü və yeddi cəmiyyətə məktub 
4:1–8:1 Yeddi möhürlü tumar 
8:2–11:19 Yeddi şeypur 
12:1–13:18 Əjdaha və iki heyvan 
14:1–15:8 Müxtəlif görüntülər 
16:1-21 Allahın hiddəti və yeddi kasa 
17:1-18 Fahişə qadın 
18:1-24 Babilin dağılması 
19:1-21 Göylərdə sevinc 
20:1-15 Minillik Padşahlıq 
21:1–22:5 Yeni göy, yeni yer, yeni Yerusəlim 
22:6-21 İsanın zühuru  
 1
 1 Bu, İsa Məsihin vəhyidir. Allah bunu Ona verdi ki, tezliklə baş verməli hadisələri Öz qullarına aşkar etsin. Məsih də bunu Öz mələyi vasitəsilə qulu Yəhyaya göndərərək bəyan etdi.  2 Yəhya Allahın kəlamı və İsa Məsihin şəhadəti, yəni gördüyü hər şey barədə şəhadət etdi.  3 Nə bəxtiyardır bu peyğəmbərlik sözlərini oxuyan, eşidənlər və orada yazılanlara riayət edənlər! Çünki vaxt yaxındır. 
Yeddi imanlılar cəmiyyətinə müraciət 
 4-5  * Çıx. 3:14; 19:6; Zəb. 89:27; Yeş. 55:4; Vəhy 4:5; 5:10Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun! 
Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək* Günahlarımızdan azad edərək – bəzi əlyazmalarda günahlarımızdan yuyaraq.  6 bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin. 
 7  * Dan. 7:13; Zək. 12:10; Mat. 24:30; Mark 13:26; Luka 21:27; Yəh. 19:34,37; 1Sal. 4:17Budur, O, buludlarla gəlir! 
Hər göz Onu görəcək, 
Hətta Onun bədənini deşənlər də 
Onu görəcək. 
Yer üzünün bütün tayfaları 
Onun üçün ah-nalə edəcək. 
Bəli, belə olacaq. Amin. 
 8  * Çıx. 3:14; Vəhy 21:6; 22:13Var Olan, Var Olmuş və Gəlməli Olan, Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa† Alfa və Omeqa – bəzi əlyazmalarda Alfa və Omeqa, Başlanğıc və Axır (Vəhy 21:6). Mənəm!» 
 9 Əziyyətə, Allahın Padşahlığına və dözümə sizinlə İsada şərik olan mən – qardaşınız Yəhya Allahın kəlamından ötrü və İsa barədə şəhadət etdiyimə görə Patmos adlanan adada idim.  10 Rəbbin günü Ruhun təsirinə düşdüm. Arxamdan şeypur səsinə bənzər uca bir səsin belə söylədiyini eşitdim:  11 «Gördüyünü bir kitaba yaz və bunu yeddi cəmiyyətə, yəni Efesə, İzmirə, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya və Laodikeyaya göndər». 
 12  * Yez. 1:24; 43:2; Dan. 7:9,13; 10:5-6Onda çevrildim ki, mənimlə danışanın kim olduğunu görüm. Çevrildikdə yeddi qızıl çıraqdan gördüm.  13 Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış bəşər oğluna bənzər Biri var idi.  14 Onun başı, saçı yun və qar kimi ağ, gözləri isə odlu alov kimi idi;  15 ayaqları kürədə xalis olan pardaqlanmış tunc kimi idi, səsi də gur suların sədasına bənzəyirdi.  16 O, sağ əlində yeddi ulduz tutmuşdu, ağzından ikiağızlı iti bir qılınc çıxırdı; Onun üzü tam qüvvəsi ilə parlayan günəşə bənzəyirdi. 
 17  * Yeş. 44:6; 48:12; Vəhy 2:8; 22:13Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan,  18 Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir.  19 Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz.  20 Mənim sağ əlimdə gördüyün yeddi ulduzun və yeddi qızıl çıraqdanın sirrinə gəlincə, yeddi ulduz yeddi cəmiyyətin mələkləri, yeddi çıraqdan da yeddi cəmiyyət deməkdir. 
*1:4-5 Çıx. 3:14; 19:6; Zəb. 89:27; Yeş. 55:4; Vəhy 4:5; 5:10
*1:4-5 Günahlarımızdan azad edərək – bəzi əlyazmalarda günahlarımızdan yuyaraq.
*1:7 Dan. 7:13; Zək. 12:10; Mat. 24:30; Mark 13:26; Luka 21:27; Yəh. 19:34,37; 1Sal. 4:17
*1:8 Çıx. 3:14; Vəhy 21:6; 22:13
†1:8 Alfa və Omeqa – bəzi əlyazmalarda Alfa və Omeqa, Başlanğıc və Axır (Vəhy 21:6).
*1:12 Yez. 1:24; 43:2; Dan. 7:9,13; 10:5-6
*1:17 Yeş. 44:6; 48:12; Vəhy 2:8; 22:13