123
Məzmur 123 
Ziyarət nəğməsi. 
 1 Ey göylərdəki taxtında Oturan, 
Gözlərimi Sənə dikmişəm. 
 2 Ağasının əlinə baxan qul kimi, 
Xanımının əlinə baxan kəniz tək 
Biz də Allahımız Rəbbə göz dikmişik, 
Bizə rəhm etməsini gözləyirik. 
 3 Bizə rəhm et, ya Rəbb, rəhm et! 
Çünki təhqirlərdən doymuşuq. 
 4 Laqeydlərin rişxəndləri, 
Təkəbbürlülərin təhqirləri bizi cana doydurdu.